Uşağın bu hərəkəti görənləri şoka saldı - Beşikdən belə qaçdı - VIDEO

Kolumbiyada azyaşlı oğlanın çarpayısından necə qaçması ilə bağlı görüntü qısa zamanda dünya mediasına yayılıb.

Olaylar.az dailymail-ə istinadən xəbər verir ki, azyaşlı tək olduğu otaqda əvvəlcə beşikdən çıxmaqda çətinlik çəkiib. Daha sonra isə bunun dahiyanə üsulunu tapıb. Əvvəlcə ayağı ilə beşiyi divardan uzaqlaşdırmağı bacaran balaca, daha sonra beşiyi itələyərək onu digər çarpayıya yaxınlaşdırmağı bacarıb. Beləcə, böyük məharətlə azadlığa qovuşub.

Marqlısı isə odur ki, sonda azyaşlı beşiyi əvvəlki yerinə qaytararaq izi itirməyi də unutmayıb.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31