İngiltərə: Vaqnerin Rusiya hakimiyyətinə qarşı üsyanı ən ciddi problemdir- ÖZƏL

Olaylar.az xəbər verir ki, Britaniya Müdafiə Nazirliyi Vaqner qrupunun Rusiyada Rusiya administrasiyasına qarşı üsyanı ilə başlayan hadisələri "Baş verənlər Rusiya dövlətinin son zamanlar üzləşdiyi ən ciddi problemdir" deyə dəyərləndirib.

Nazirlikdən verilən açıqlamada ordu ilə Vaqner Qrupunun Rusiyada üz-üzə gəldiyi bildirilib və qruplaşmaya bağlı birliklərin Ukraynadan Rusiyaya iki nöqtədən daxil olduğu bildirilib. Açıqlamada qeyd olunub ki, Vaqnerin qurucusu Yevgeni Priqojinin "azadlıq marşı" kimi xarakterizə etdiyi əməliyyat nəticəsində qruplaşma Rusiyanın Ukrayna əməliyyatlarını keçirdiyi Rostovdakı hərbi baza ilə əsas nöqtələri ələ keçirib. Vaqner qrupu Moskvanı tutmaq məqsədi ilə Voronej vilayətindən keçərək şimala doğru hərəkət edib. 

Ordu qüvvələrinin, xüsusən də Milli Qvardiyanın rəftarının yaxın saatlarda böhranın gedişatını müəyyən edəcəyinə diqqət çəkən bəyanatda, "Baş verənlər Rusiya dövlətinin son vaxtlar üzləşdiyi ən ciddi problemdir" ifadəsi işlədilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31