Moskvada terrorla mübarizə tədbirləri, nəqliyyata nəzarət gücləndirilib - Özəl

"Moskvada terrorla mübarizə tədbirləri qüvvədədir və trafikə nəzarət gücləndirilib".

Olaylar.az xəbər verir ki, bunu Moskva meri Sergey Sobyanin deyib.

"Daxil olan məlumatlarla əlaqədar Moskvada təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə yönəlmiş antiterror tədbirləri həyata keçirilir. Yollarda hərəkətə nəzarət gücləndirilib. Kütləvi tədbirlərin məhdudlaşdırılması mümkündür. Tətbiq olunan tədbirlərə anlayışla yanaşmağınızı xahiş edirik" - o, bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31