Kadırov: Biz Vaqneri əzməyə kömək etməyə hazırıq - Özəl

Olaylar.az xəbər verir ki, Dünyanın gözü Vaqnerin orduya qarşı qiyam başlatdığı Rusiyaya çevrilərkən, Putinə ən yaxın adlardan biri olan Çeçenistan lideri Kadırovdan sərt açıqlamalar gəldi.

Rusiyada "çevriliş cəhdi" kimi xarakterizə edilən Vaqner qüvvələrinin üsyanından sonra Çeçenistan lideri Ramazan Kadırov Moskvaya dəstək bəyanatı verib. Rusiya prezidenti Vladimir Putinə yaxın adlardan biri olan və eyni zamanda Ukraynadakı müharibəyə hərbi dəstək verən Kadırov qüvvələrinin Vaqnerin üsyanını yatırmağa kömək etməyə hazır olduğunu bildirib. "Vaqner" lideri Yevgeni Priqojinin üsyanını "arxadan bıçaq" kimi xarakterizə edən Kadırov rus əsgərlərini də təxribatlara qapılmamağa çağırıb. Putini tam dəstəklədiklərini qeyd edən Kadırov, "Çeçen əsgərləri yola düşüb. Biz Rusiyanın birliyini qorumaq üçün hər şeyi edəcəyik. Üsyan yatırılmalıdır və biz hazırıq" deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31