“Vaqner”in ələ keçirdiyi Rusiya əraziləri - Xəritə
24 İyun 2023 13:16 Dünya"Vaqner"in ələ keçirdiyi ərazilərin ilk xəritəsi yayılıb.
Olaylar.az Axar.az-a istinadən bildirir ki, xəritəni "İnsayder" Teleqram kanalı paylaşıb.
Qeyd edək ki, "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin ötən gün təşkilatın qərargahlarına Rusiya ordusu tərəfindən hücum edildiyini və yüzlərlə döyüşçünün öldüyü və yaralandığını bildirərək, bunda müdafiə naziri Sergey Şoyqunu günahlandırıb. O, Şoyqunun Rostova gələrək, "Vaqner"ə hücum əməliyyatına şəxsən rəhbərlik etdiyini bildirib və "Ədalət Yürüşü"nə başladığını elan edib.
Priqojinin 25 minlik ordusunun Rostov və Voroneji tutaraq, Moskvaya doğru hərəkət etdiyi bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31