Kanada və ABŞ "Titan fəlakəti"ni araşdıracaq - ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ və Kanada turistik məqsədlə "Titanik"in qalıqlarına gedərkən itən "Titan" sualtı qayığının partlaması nəticəsində 5 nəfərin ölümünə səbəb olan fəlakəti araşdıracaqlarını açıqlayıb.

ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Agentliyindən verilən açıqlamada Titan sualtı qayığının partlaması "böyük dəniz fəlakəti" olaraq xarakterizə edilib. Açıqlamada ABŞ Sahil Mühafizəsinin sualtı qayığın partlaması ilə bağlı araşdırmaya başlayacağı bildirilib. Kanada Milli Nəqliyyat Təhlükəsizliyi Agentliyi (TSB) də Titanı Kanadanın Nyufaundlend bölgəsindən Atlantik Okeanındakı Titanik qəzasının yerinə aparan "Polar Prince" gəmisinin hərəkətləri ilə bağlı araşdırmalara başlanılacağını açıqlayıb.

Aysberqə çırpılan və 1514 nəfərin ölümünə səbəb olan "Titanik"in qalıqlarını göstərmək üçün turistik məqsədlər üçün istifadə edilən sualtı maşınlardan biri iyunun 19-da Atlantik Okeanında yoxa çıxmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31