Moskvanın rəqibləri məlum situasiyadan maksimum dərəcədə yararlanmaq istəyəcəklər - ÖZƏL

İndi təkcə Rusiya və Ukrayna ictimaiyyəti deyil, bütün dünya Rusiyada baş verənlərə hakim kəsilib və prosesləri diqqətlə izləyir. Şimal qonşumuzda baş verən istənilən prosesin Cənubi Qafqaza, o cümlədən Azərbaycana təsirsiz ötüşməyəcəyi hər kəsə gün kimi aydındır. Elə AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə də bu qənatədədir. "OLAYLAR"-a verdiyi açıqlamada AVP rəsmisi deyib ki, bizimlə yanaşı dünyanın hər bir yerində Rusiyada yaşananlar maraqla izlənilir:

"Hesab edirəm ki, Moskvanın rəqibləri məlum situasiyadan maksimum dərəcədə yararlanmaq istəyəcəklər. Və Priqojenə hər hansı bir xarici qüvvə tərəfindən dəstəyin verilməsi Rusiyanı dahada xaosa sürükləyə bilər ki, nəticədə ölkədə vətəndaş müharibəsi risqi yaranar. Bu isə Rusiyanın nüvə silahlarının Vagner kimi ekstremiz hərbi qüvvələrin əlinə keçməsi risqinidə özüylə bərabərində gətirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31