"Wagner" necə yaradılıb - ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiyada üsyana başlayan və muzdlulardan ibarət Vaqner Qrupu 8 ildən artıqdır ki, Ukrayna, Suriya və bəzi Afrika ölkələrində fəaliyyət göstərir. Başçıları Rusiyada "Putinin aşpazı" kimi tanınır.
Rusiyanın "Vaqner" muzdlu şirkətinin yaradıcısı Yevgeni Priqojin dünən Rusiyanın müdafiə naziri Sergey Şoyquya meydan oxuması ilə gözlərin bu şirkətə çevrilməsinə səbəb olub. Priqojin rus ordusunu Vaqnerə hücum etməkdə günahlandırıb və qisas alacağı ilə hədələyib. Bu vəziyyətlə əlaqədar Federal Təhlükəsizlik Xidməti (FSB) "silahlı iğtişaş" maddəsi ilə cinayət işi açıb. Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Vaqnerin düşərgələrinə hücum etdiyinə dair iddialar təkzib edilib.
2014-cü ildə qurulan və 2015-2016-cı illərdə fəallaşan Rusiyanın muzdlu şirkəti "Vaqner" Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçılara yardım etmək üçün yaradılıb. Liviyadakı qarşıdurmalarda kritik rol oynayan rusiyalı Vaqner qrupunun adı ilk dəfə Suriya vətəndaş müharibəsində səslənməyə başlayıb. Rejim qüvvələri ilə birlikdə döyüşən Vaqner Ukraynadakı separatçılara da dəstək verib. Vaqner 2019-cu ildə Venesuelada prezident Nikolas Maduro ilə birlikdə qarşıdurmalara qatılıb. İndiyədək Sudan, Suriya, Liviya və Afrika qitəsində müəyyən edilən "Vaqner" muzdlularının əməliyyatları Şərqi Avropada da sürətlə yayılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31