Lipetsk vilayəti təhlükəsizlik tədbirlərini gücləndirəcək - ÖZƏL

"Rusiyanın Lipetsk vilayətində təhlükəsizlik tədbirləri gücləndiriləcək, sakinlərə cənuba səyahət etmək tövsiyə edilmir".

Olaylar.az xəbər verir ki, bunu qubernator İqor Artamonov bildirib.

"Anti-böhran mərkəzinin iclasından sonra bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı qərar qəbul edilib. Kritik infrastruktur obyektlərinə xüsusi diqqət yetiriləcək. Bundan əlavə, rayon sakinlərinə cənuba - hava limanına səfərlərdən çəkinmələri tövsiyə olunur. Xüsusilə Voronej vilayətinə" - o, bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31