Rusiyadakı qarışıqlıq Ukrayna müharibəsinə təsirsiz ötüşməyəcək - ÖZƏL

Vaqner rəhbəri Priqojinin çoxdan proqnoz edilən üsyanı nəhayət ki, başladı. O, Şoyqu və Gerasimovun necə deyərlər başını istəyir. Amma bu üsyanın Putinlə nə qədər  əlaqəsinin olması tezliklə aydınlaşacaq". Bu fikirləri "OLAYLAR"-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. Politoloq deyib ki, Priqojin Moskvaya gəlir:

"İç savaş artıq başlayıb. Getdikcə böyüyəcəyi ehtimal daxilindədir". 

Azər Qasımov onu da deyib ki, iç qarışıqlıq Ukrayna müharibəsinə təsirsiz ötüşməyəcək:

"Rusiya ordusunun iki qanadı bir-birinə qarşı faktiki müharibə  durumundadır. Cəbhədə ordunun düzəninin pozulması an məsələsidir. Ukrayna ordusunun əks-hücum əməliyyatlarının əsas bazasının başlanacağı da mütləqdir. Bu durumda rus ordusunun dağılması və cəbhənin yarılmaması

üçün heç bir maneə yoxdur. Rusiya müharibəyə başlayanda uduzmuşdu, amma indi bunu real şəkildə görəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31