Rusiya Ukrayna sərhədinə yaxın bölgələrdə təhlükəsizlik tədbirləri görülüb - ÖZƏL
24 İyun 2023 10:42 DünyaOlaylar.az xəbər verir ki, Rusiya dövləti ilə "Vaqner" təhlükəsizlik şirkəti arasında yaşanan böhran səbəbilə Ukrayna sərhədinə yaxın Rusiya bölgələrində təhlükəsizlik tədbirləri görülüb. Moskvada terrorla mübarizə çərçivəsində təhlükəsizlik tədbirləri gücləndirilib.
Moskva meri Sergey Sobyanin öz Telegram kanalında terrorla mübarizə çərçivəsində paytaxtda təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıb.
Rostov vilayətinin qubernatoru Vasiliy Qolubev də mövcud vəziyyətlə əlaqədar təhlükəsizliyin qorunması üçün lazımi tədbirlərin görüldüyünü bildirib və "Vətəndaşları şəhər mərkəzinə getməməyə və evdə qalmağa çağırıram" deyib. Lipetsk vilayətinin qubernatoru İqor Artamanov bölgədə tədbirlərin daha da artırıldığını vurğulayaraq, "Əhəmiyyətli infrastruktur obyektlərinə xüsusi diqqət yetiriləcək. Həmçinin sakinlərə cənuba, xüsusilə Voronej vilayətinə getməməyi tövsiyə edirəm" deyib.
Voronej administrasiyasından verilən açıqlamada, hərbi maşın karvanlarının M4 federal magistral yolu ilə hərəkət etdiyi, buna görə də mülki şəxslər tərəfindən istifadə edilməməsi qeyd edilib.