Rusiya vətəndaş müharibəsi astanasındadır - ÖZƏL
24 İyun 2023 09:59 DünyaUkraynanın uğurlu əks-hücumları fonunda Rusiya siyasi-hərbi istibleşmenti arasında dərin böhranın olacağı gözlənilirdi. Rusiya muzdlu ordusu " Vaqnerin" rəhbəri Priqojinin Baxmutda uğurlu hərbi əməliyyatı və Rusiya ordusunun acınacaqlı bir vəziyyətdə olması, Priqojinin siyasi tələblərini gündəmə gətirdi". Bunu Olaylar-a deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, baş verənlər göstərir ki, mülki şəxslərə ordu yaratmaq və silahlı birləşmələrlə təmin edərək müstəqil fəaliyyətinə icazə verilməsi, növbəti mərhələdə siyasi tələblərlə çıxış etməsinə gətirib çıxacaq. Belə bir proses Azərbaycanda 1993-cü il Surət Hüseynovun timsalında baş verib:
"V. Priqojinin hərbi qiyamı və çevriliş üçün hərəkətə keçməsi,Rusiya siyasi sistemində yaranan boşluqdan irəli gəldi. Görünür, V. Putinin ətrafında ona dəstək verən qüvvələr var.
Bütün hallarda Vaqnerin hərbi qiyamı Ukrayna müharibəsində Rusiyanın məğlubiyyətinin göstəricisidir. Əgər, hərbi çevrilişin qarşısı alınmasa, Ukraynada Rusiya qoşunlarının kordinasiyası pozulacaq və məğlub olması qaçılmaz olacaq. Bununla da Rusiya vətəndaş müharibəsinə gətirib çıxara bilər. Nəticədə proseslər V. Putinin hakimiyyətdən getməsi ilə nəticələnə bilər. Demək olar ki, Priqojinin əsas planı Kremli ələ keçirməkdir.
Baxmut ətrafında baş verən döyüşlər fonunda Priqojinlə müdafiə nazirliyi arasında böhran siyasi müstəviyə keçdi. Qeyd edim ki, Şoyqunun Vaqnerə qarşı artilleriya və aviasiya ilə hücum etməsi məhz Priqojinin hərəkətə keçməsinin qarşısını almaq olub. Görünür, Kreml Vaqnerin hərbi çevriliş planlarından xəbərdar olublar".