Rusiya Baş Prokurorluğu məlumat yaydı - Hüquqi qiymət veriləcək
24 İyun 2023 07:30 DünyaRusiya Baş Prokurorluğu "Vaqner" silahlı qrupunun təsisçisi Yevgeni Priqojinə qarşı cinayət işinin başlanmasına münasibət bildirib. Baş Prokurorluq onun əməllərinə lazımi hüquqi qiymət veriləcəyini qeyd edib.
Bu barədə Baş Prokurorluq öz "Telegram" kanalında bildirib.
"23 iyun 2023-cü ildə Rusiya FSB-nin İstintaq İdarəsi qanuni və əsaslı surətdə Ye. V. Priqojinə qarşı silahlı üsyan təşkil etmə faktı üzrə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 279-cu maddəsi ilə cinayət işi qaldırıb. Onun əməllərinə lazımi hüquqi qiymət veriləcək. Bu cinayət işi üzrə 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur", - deyə qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31