Paşinyan Ərdoğana nə HƏDİYYƏ EDİB?

Belə hadisələrlə bağlı məlumatlar dövlət sirrini ehtiva edən satınalma planına daxildir. Ona görə də bu məlumat dərc oluna bilməz.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu sözlər Ermənistan Baş naziri Aparatının Nikol Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana andiçmə mərasimində konkret nə hədiyyə etdiyi barədə "Sputnik"in sualını cavabda əksini tapıb.

Bildirilib ki, tədbirdə iştirak çərçivəsində məmurların protokol xərcləri hesabına malların/hədiyyələrin alınması həyata keçirilib.

Qeyd edək ki, qeyri-rəsmi məlumata görə, Paşinyan Ərdoğana Türkiyə liderinin rəsmi həkk olunan xalça hədiyyə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31