Serbiya və Kosova razılığa gəldi - Borrell
23 İyun 2023 21:04 DünyaSerbiya və Kosova liderləri dörd bələdiyyədə yeni seçkilərin keçirilməsinin zəruriliyi ilə bağlı razılığa gəliblər.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu Avropa Birliyinin (AB) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
Brüsseldə Serbiya Prezidenti Aleksandar Vuçiç və Kosovanın Baş naziri Albin Kurti ilə təkbətək görüşlər keçirdiyini bildirən J.Borrell liderlərin böhranın səbəbləri və onun həlli ilə bağlı fərqli yanaşmalarının olduğunu qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31