“Ukrayna qanunlarına görə, seçkilər..." - Zelenski

Ukraynada prezident seçkiləri yalnız hərbi əməliyyatlar başa çatandan sonra mümkün ola bilər.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Ukrayna qanunlarına görə, seçkilər yalnız sülh zamanı keçirilə bilər", - dövlət başçısı qeyd edib.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski 2022-ci il fevralın 24-də Rusiyanın hərbi təcavüzü ilə əlaqədar ölkədə hərbi vəziyyət rejimi elan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31