AB erməni şirkətinə sanksiya TƏTBİQ ETDİ
23 İyun 2023 18:32 DünyaAB Rusiyaya qarşı tətbiq etdiyi 11-ci sanksiyalar paketinə Ermənistanın "Taco" şirkətini də əlavə edib.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, şirkətin adı sanksiya tətbiq olunmuş şirkətlərin siyahısında yer alıb.
"Taco" MMC elektron məhsulların satışı ilə məşğul olur. Şirkətin Rusiyaya texnologiya avadanlıqları satdığı bildirilir.
Məlumata görə, siyahıya həmçinin Çin, Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri və Suriya şirkətləri də daxil edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31