2050-ci il pandemiyası: 1,3 milyard insan təhlükə altındadır- ÖZƏL
23 İyun 2023 16:47 DünyaOlaylar.az xəbər verir ki, ABŞ-da aparılan bir araşdırmaya görə, 2050-ci ilə qədər dünyada şəkərli diabetlə yaşayan yetkinlərin sayı iki dəfə artacaq və 1,3 milyard insan diabetdən əziyyət çəkəcək. Yeni hesablamalara görə, diabetli insanların sayı 2021-ci ildəki 529 milyondan 2050-ci ildə 1,3 milyardı keçəcək. Yaxın 30 ildə heç bir ölkədə şəkərli diabetin səviyyəsinin aşağı düşəcəyi gözlənilmir. Nəticələr The Lancet və The Lancet Diabetes & Endocrinology jurnallarında dərc olunub. Mütəxəssislər bu məlumatları narahatedici adlandıraraq diabetin insanlar və sağlamlıq sistemləri üçün ciddi təhlükə törətdiyini və dünyada əksər xəstəlikləri üstələdiyini bildiriblər.
Albert tibb elmləri doktoru Şivani Agarval "Şəkərli diabet zəmanəmizin ən böyük ictimai sağlamlıq təhdidlərindən biri olaraq qalır və növbəti üç onillikdə hər bir ölkədə, yaş qrupunda və cinsdə aqressiv şəkildə artacaq və bütün dünyada səhiyyə sistemləri üçün ciddi problemdir" deyib.