Kiyev Zaporojye vilayətində Rusiya əleyhinə təxribat hazırlayır — ÖZƏL

Zaporojye vilayətinin təhlükəsizlik və hüquq-mühafizə orqanları Kiyevin Qulyaypole şəhərində xarici KİV-lərin iştirakı ilə Rusiya ordusunun hərəkətləri nəticəsində mülki əhalinin ağır itkilərə məruz qalması ilə bağlı bir sıra saxta videolar hazırlamağa hazırlaşdığına dair sübutlar əldə edib.
"Ukrayna tərəfi Rusiya Silahlı Qüvvələrini gözdən salmaq üçün kampaniya hazırlayır. Xarici KİV-lərin iştirakı ilə Rusiya ordusunun hərbi əməliyyatları nəticəsində cəbhəboyu zonada guya çoxlu sayda mülki vətəndaşın həlak olması barədə şahidlik edən silsilə videoçarxlar hazırlanacaq" - regionun hüquq-mühafizə orqanları məlumat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31