Rusiya 51 Ukrayna əsgərinin cəsədini təhvil verib- ÖZƏL

Olaylar.az xəbər verir ki, Ukrayna Rusiyanın müvəqqəti ilhaq etdiyi ərazilərdə həyatını itirən 51 ukraynalı əsgərin cənazəsini qəbul edib. 

Müvəqqəti İşğal Olunmuş Ərazilərin Reinteqrasiya Nazirliyindən verilən açıqlamada müharibədə həyatını itirən əsgərlərin cənazələrinin Ukraynaya gətirildiyi bildirilib. Açıqlamada, "Bu gün 51 əsgərin cəsədi evə gətirildi. Meyitlər müvafiq qurumların və beynəlxalq təşkilatların dəstəyi ilə müvəqqəti olaraq Ukraynanın işğal olunmuş ərazisindən göndərilib". Qeyd olunub ki, əsgərlərin cəsədlərinin qaytarılması Cenevrə konvensiyalarına uyğun həyata keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31