Almaniyada dolu yaşamı linç edib- ÖZƏL

Olaylar.az xəbər verir ki, Almaniyada havanın temperaturu mövsüm normalarının üzərində olsa da, bu gün bəzi ştatlarda başlayan dolu və tufan həyata mənfi təsir edir. 

Şimali Reyn-Vestfaliya (NRW) və Hessen əyalətlərində güclü yağış səbəbindən bəzi evlərin zirzəmiləri su altında qalıb, yollar gölə çevrilib. Bundan başqa, ağaclar avtomobillərin üzərinə aşıb, dam örtüyü uçub, bəzi yerlərdə tennis topları böyüklüyündə dolu da maddi ziyana səbəb olub. Bildirilib ki, xüsusilə böyük şəhərlərdə əlverişsiz hava şəraiti ilə əlaqədar yanğınsöndürmə və polis bölmələrinə çoxlu sayda xəbərdarlıq zəngləri daxil olub. Almaniya Meteorologiya Xidməti Lambert adlı fırtınanın şimala doğru davam etdiyini və gecə boyu davam edəcəyini bildirib. Xüsusilə bəzi ərazilərdə gecə saatlarında daşqınlara hazır olmaq barədə xəbərdarlıq edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31