2022-ci ildə PKK 1200-dən çox uşağı silahlandırıb- ÖZƏL

Olaylar.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) terror təşkilatı PKK və onun Suriyadakı uzantısı QSD və YPG-nin 2022-ci ildə Suriyada 1200-dən çox uşağı silahlandırdığını bildirib. Birləşmiş Millətlər Təşkilatının (BMT) 2022-ci ilin yanvar-dekabr dövrü üçün hazırladığı "Uşaqlar illik silahlı qarşıdurmalarda" hesabatında terror təşkilatı PKK və onun Suriyadakı uzantısı SDG və YPG-nin 2022-ci ildə 1200-dən çox uşağı əsgər kimi istifadə etdiyi bildirilib. 

Hesabatda PKK-nın Suriya qolu olan SDG-dən 637, YPG/PKK və QSD-yə bağlı strukturlardan isə 633 uşağın hərbi xidmətə cəlb edildiyi qeyd edilib. Hesabatda fikirlərinə yer verilən BMT Baş katibi Antonio Quterreş, "HPG/PKK-nın uşaqları əsgər kimi istifadə etməsindən son dərəcə narahatam. Onları uşaqları əsgər kimi və başqa məqsədlər üçün istifadə etməyi dayandırmağa və azad etməyə dəvət edirəm" deyib.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31