Titanik rejissoru Ceyms Kemeron: Mən bir fəlakət olduğunu hiss etdim- ÖZƏL
23 İyun 2023 12:43 DünyaOlaylar.az xəbər verir ki, Titanik filminin rejissoru Ceyms Kemeron Titan sualtı qayığının başına gələn fəlakəti bir neçə gün əvvəl proqnozlaşdırdığını açıqlayıb. 1997-ci ildə ekranlara çıxan və Kate Winslet və Leonardo DiCaprionun rol aldığı əfsanəvi filmin rejissoru Cameron Titan bazar günü yoxa çıxanda gəmidə olduğunu və bu xəbəri bazar ertəsi aldığını bildirib. O, həm sualtı qayığın naviqasiyasını, həm də rabitəsini eyni vaxtda itirməsi nəticəsində fəlakətin baş verdiyini proqnozlaşdırdığını söyləyib. ""Mən nə baş verdiyini sümüklərimə qədər hiss etdim. Sualtı qayığın elektron və rabitə sistemi eyni vaxtda sıradan çıxdı, radio ötürücü cavabsız qaldı... Sualtı qayığa nə baş verdiyini anladım".
Kemeron həmçinin 33 dəfə "Titanik"in dağıntıları arasına enib. "Mən sualtı gəminin son məlum dərinlikdə və mövqedə olacağını bilirdim və belə də oldu".
Səlahiyyətlilər tapılan sualtı hissələrin "fəlakətli partlayış" nəticəsində olduğunu bəyan edərək, qəzanın "Titanik"in batdığı yerdən 478 metr aralıda baş verdiyini vurğuladılar.