Tunisdə 48 saat ərzində 3 miqrant qayığı batıb- ÖZƏL
23 İyun 2023 11:40 DünyaOlaylar.az xəbər verir ki, Tunisin cənub sahillərində Avropaya keçməyə çalışan qeyri-qanuni miqrantları daşıyan 3 qayığın batması nəticəsində 2-si körpə olmaqla 3 nəfər ölüb, 12 nəfər isə itkin düşüb. Tunisin cənubunda yerləşən Sfaks şəhərinin Birinci İnstansiya Məhkəməsinin sözçüsü Fevzi əl-Mesmudi yerli media mənsublarına bildirib ki, son 48 saat ərzində Sfaks şəhəri yaxınlığında qeyri-qanuni miqrantları daşıyan 3 qayıq batıb. Batan qayıqlardan dənizə düşən 152 nəfərin xilas edildiyini bildirən Mesmudi, 2-si körpə olmaqla 3 nəfərin cəsədlərinə çatdıqlarını, itkin düşən 12 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
Aprel ayında 210 qeyri-qanuni miqrant ölüb. Tunisdə aprel ayında artan nizamsız miqrasiya cəhdləri zamanı qayıqları batmış 210 qeyri-qanuni miqrantın cansız cəsədi tapılıb. Hər il minlərlə afrikalı qeyri-qanuni miqrant daha yaxşı həyat ümidi ilə Aralıq dənizi vasitəsilə Avropaya çatmaq üçün Tunisə gəlir.