Ruşun arvadı həlak olan “Titanik” cütlüyünün nəslindəndir

Atlantik okeanında turistləri "Titanik" gəmisinin qəzaya uğradığı yerə aparan sualtı qayığının bütün ekipaj üzvləri ölüb.

Nigar Camal piyada keçidində poza verdi - FOTO

Olaylar.az "qafqazinfo"ya istinadən xəbər verir ki, həlak olanlardan biri də "OceanGate Expeditions" şirkətinin baş direktoru 61 yaşlı Stockton Ruşdur. 

Məlum olub ki, onun həyat yoldaşı Vendi Ruş 1912-ci ildə "Titanik" gəmisində həlak olan bir cütlüyün nəslindəndir.

Belə ki, o, həmin hadisədə ölən pərakəndə ticarətlə məşğul olan Isidor Straus və həyat yoldaşı İdanın qızı Minnie Straus Veilin böyük nəvəsidir.
Böyük Britaniya hökumətinin milli arxivinə görə, I. Straus Nyu-Yorkun "Woodlawn" qəbiristanlığında dəfn edilib. İdanın nəşi isə heç vaxt tapılmayıb.

Qeyd edək ki, V. Ruş "OceanGate"nin kommunikasiyalar direktoru və ekspedisiya qrupunun üzvüdür. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31