Okeanda itmiş "Titan"la bağlı MƏLUMAT
22 İyun 2023 23:00 DünyaAtlantik okeanının sularında, "Titanik"in batdığı yerin yaxınlığında itmiş sualtı "Titan"ın axtarışı zonasında naməlum qalıqlar aşkar edilib.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Sahil Mühafizəsinin şimal-şərq bölməsi Tvitterdə məlumat yayıb.
"Dağıntıların olduğu ərazi "Titanik"in yaxınlığındakı axtarış zonasında pilotsuz sualtı maşının köməyi ilə aşkar edilib. Mütəxəssislər komandanlıq ilə birlikdə bu məlumatı araşdırırlar", - məlumatda deyilir.
***
Axtarış aparılan sahədə itən batiskafın hissələrinin fraqmentləri tapılıb.
Bu barədə "Skay Nyus"un efirində ekspertlərdən biri deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31