Türkiyə və Ukrayna müdafiə nazirləri telefonla danışıb
22 İyun 2023 21:00 DünyaTürkiyə milli müdafiə naziri Yaşar Gülər və Ukraynanın müdafiə naziri Aleksey Reznikov arasında telefon danışığı olub.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, danışıq zamanı taxıl sazişi ilə bağlı son vəziyyət müzakirə olunub. Türkiyəli nazir taxıl təşəbbüsünün fasiləsiz davam etdirilməsinin vacibliyini vurğulayıb.
Y.Gülər əlavə edib ki, Türkiyə 17 iyulda müddəti bitən taxıl sazişinin uzadılması üçün bütün lazımi səyləri göstərəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31