Rusiya bu nəhəng layihədən KƏNARLAŞDIRILDI
22 İyun 2023 19:22 DünyaÇin Rusiyanı "Boinq" və "Airbus"la rəqabət aparacaq "CR929" geniş gövdəli sərnişin təyyarəsi layihəsindən tamamilə kənarlaşdırıb.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Air Current" nəşri məlumat yayıb.
Məlumata görə, Çin Rusiyanın bütün materiallarını Qərb şirkətlərinin materialları ilə əvəz edib:
"İndi "CR929"un yeganə yaradıcısı Çinin COMAC şirkətidir, baxmayaraq ki, addakı "C" hərfi Çin, "R" isə Rusiyanı ifadə edir. Mühərrik üçün Çin şirkəti "Rolls-Royce" və "General Electric"i cəlb edib".
Qeyd edək ki, təyyarəyə Rusiyaya məxsus PD-35 mühərriki quraşdırılmalı idi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31