ABŞ ictimaiyyətinin 60 faizi Trampa qarşı ittihamlara inanmır- ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ ictimaiyyətinin 60 faizindən çoxu ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı ittihamları "siyasi motivli" hesab edir. ABŞ-ın Konnektikut ştatında yerləşən Quinnipiac Universiteti Trampa qarşı ittihamların sosial yönünü araşdırmaq üçün 1776 nəfər arasında sorğu keçirib. Sorğu çərçivəsində respondentlərə Trampa qarşı ittihamlarla bağlı sual verilib. Respondentlərin 62 faizi Ədliyyə Nazirliyinin Trampa qarşı işinin "siyasi motivli" olduğuna inansa da, respondentlərin 51 faizi keçmiş prezidentin mühakimə olunmasını istəyib. Respondentlərin 10 nəfərindən altısı Trampın Ağ Evi tərk etdikdən sonra məxfi dövlət sənədlərini evdə saxlamasını "uyğunsuz" hesab edib. 

İyunun 11-də Tramp məxfi dövlət sənədlərinin gizlədilməsi ilə bağlı ittihamları "absurd və əsassız" adlandırıb. Aprelin 4-də Donald Tramp Manhetten Cinayət Məhkəməsində 2016-cı il prezident seçkiləri zamanı bir qadına "sus" pulu verməkdə ittiham edilərək hakim qarşısına çıxıb və ona qarşı irəli sürülən ittihamları rədd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31