ABŞ-ın müxbir Qerşkoviçlə konsulluq əlaqəsi tələbi qəbul edilib — ÖZƏL

"ABŞ tərəfindən casusluq ittihamı ilə Rusiya hakimiyyəti tərəfindən saxlanılan "Wall Street Journal" qəzetinin jurnalisti Evan Qerşkoviçə konsulluq girişi əldə etmək tələbi alınıb".

Olaylar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

"Müraciət daxil olub, baxılır. Hələlik heç bir qərar yoxdur. Amma hesab edirəm ki, bu, ümumiyyətlə, medianın mövzusu deyil. Biz bu mövzuda ABŞ səfirliyi ilə əlaqə saxlayırıq, müzakirə aparırıq" - o, deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31