Qərb Ukraynada müharibə aparmaq istəyir — ÖZƏL
22 İyun 2023 13:40 Dünya"ABŞ, NATO və Avropa İttifaqı Ukraynada münaqişənin dondurulmasına qarşıdırlar ki, bu da onların müharibə aparmaq istəklərini göstərir".
Olaylar.az xəbər verir ki, bunu hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə Vyana danışıqlarında Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov bildirib.
"ABŞ, NATO və Aİ Ukraynadakı münaqişənin dondurulmasının əleyhinə olduqlarını açıq şəkildə bəyan edirlər. Ona görə də müharibə etmək istəyirlər. Rusiya buna hazırdır. Ukrayna Silahlı Qüvvələrinin qondarma əks-hücum əməliyyatı yalnız bunu bir daha təsdiqləyib" - deyə o, bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31