Erməni vəkillər tətil elan etdi
22 İyun 2023 11:55 Dünyaİyunun 26-da erməni vəkillər onlara qarşı zorakılıq hallarına etiraz olaraq məhkəmə və istintaq orqanlarında müdafiə və ya təmsilçilik funksiyalarını yerinə yetirməyəcək, tətil elan edəcəklər.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Vəkillər Palatası məlumat yayıb.
"Hüquq-mühafizə orqanlarının fəaliyyətsizliyi də göz qabağındadır. Vəkil Karen Alaverdyana qarşı zorakılıq tətbiq edən polis əməkdaşları hələ də qurumlarda xidmətini davam etdirirlər", - məlumatda deyilir.
Qeyd edək ki, vəkillər etiraz aksiyalarına vəkil Karen Alaverdyanın polis bölməsində döyülməsindən sonra başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31