Hindistanda "ölüm dalğası" həyəcanı- ÖZƏL
19 İyun 2023 12:15 DünyaOlaylar.az xəbər verir ki, Hindistanın şimalında ölənlərin sayının qəfil artması böyük narahatlıq yaradıb. Vəziyyətin fövqəladə isti dalğasından qaynaqlandığı düşünülərkən, səlahiyyətlilər bölgəyə araşdırma qrupu göndərib.
Hindistanda bir neçə gün ərzində 100-ə yaxın insanın qəfil ölümü səlahiyyətliləri tədbir görməyə vadar edib. Ölkənin şimalında havanın temperaturu qəfil yüksəldiyindən isti dalğası "ölüm dalğası"na çevrilib. Bəzi həkimlər normaldan yuxarı ölənlərin sayının isti hava və yüksək rütubətlə əlaqəli olduğunu desələr də, Hindistan hökuməti səbəbi tam anlamaq üçün bölgəyə araşdırma qrupları göndərib. Uttar Pradeş və Bihar ştatlarında xəstələrin sayı artdıqca xəstəxanalar dolub, ölənlərin sayı normadan xeyli çox olub. İnsanlara günəşli havada evlərini tərk etməməyə çağırılıb. Ballia bölgəsində havanın temperaturu normadan 9 dərəcə yüksək olmaqla 43 dərəcəyə çatıb. Rütubət 53 faizə çatıb. Cəmi 3-4 gün ərzində onlarla insanın həyatını itirməsi böyük narahatlıq yaradıb. Ballia Sağlamlıq Direktoru Dr. Jayant Kumar, ölümlərin əksəriyyətinin təbii səbəblərdən olduğunu və bəzilərinin yaşlı olduğunu, lakin bu rəqəmin normaldan çox olduğunu söylədi. Hindistan hökuməti isə ölümlərin ani artımının birbaşa isti hava ilə əlaqələndirilməsinə qarşı çıxıb və ölümləri ətraflı araşdırmaq üçün bölgəyə qruplar göndərib.