Kiyev Belarusla sərhəddə mühüm hərbi qüvvələr yerləşdirir - ÖZƏL
19 İyun 2023 12:17 Dünya"Ukrayna ordusu Belarusla sərhəddə əhəmiyyətli hərbi kontingent yerləşdirib və vaxtaşırı Birlik Dövlətinin müdafiə qabiliyyətini sınaqdan keçirməyə çalışır".
Olaylar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişuk deyib.
"Bizdə olan və rəsmilərin bəyanatlarında dəfələrlə səslənən məlumatlar göstərir ki, Ukrayna ordusu həqiqətən də Belarus-Ukrayna sərhədi boyunca əhəmiyyətli qüvvələr yerləşdirib, vaxtaşırı bu və ya digər şəkildə İttifaq dövlətinin müdafiə qabiliyyətini yoxlamağa çalışır" - Polışçuk, bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31