İsveç: Biz Rusiyanın hücumu ehtimalını istisna edə bilmərik- ÖZƏL

Olaylar.az xəbər verir ki, İsveç parlamentinin müdafiə komitəsi Rusiya ordusunun İsveçə hücum ehtimalı ilə bağlı hazırlanan hesabatda hücum ehtimalının istisna oluna bilməyəcəyini bildirib. Reuters-in İsveç dövlət televiziyası SVT-yə istinadən bazar ertəsi yayımlanması planlaşdırılan hesabatda, Rusiya ordusunun Ukraynaya müdaxilə ilə məşğul olduğu vurğulansa da, başqa növ hərbi hücumlar həyata keçirmə ehtimalının olduğu bildirilib. 

SVT müxtəlif mənbələrə istinadən hesabatda bildirib ki, "Rusiya hərbi gücdən istifadə baryerini aşağı salıb, yüksək hərbi və siyasi iştahı var". Hesabatda ölkənin yeni müdafiə doktrinası yer alıb. Buna görə də keçmişdə olduğu kimi digər Skandinaviya ölkələri və AB ilə güclü əlaqələr əvəzinə NATO üzvlüyünün əsas götürüldüyü vurğulanıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31