Ukraynanın bərpası üçün 1 milyard dollar VERİLƏCƏK
17 İyun 2023 23:10 DünyaBMT və tərəfdaşları birlikdə Ukraynanın bərpası üçün 1 milyard dollar köçürəcək.
Olaylar.az axar.az-a istinadən bildirir ki, bu barədə BMT-nin İnkişaf Proqramının rəhbəri Ahim Ştayner məlumat verib.
Ukrayna Baş naziri Denis Şmıqal bildirib ki, görüş zamanı Ukraynanın sürətli yenidənqurma və humanitar minatəmizləmə ehtiyaclarından danışılıb. Müharibə zamanı öz biznesini itirmiş və onu sıfırdan başlamaq istəyən köçürülmüş müəssisələrin və kiçik və orta sahibkarların dəstəklənməsi məsələlərinə də toxunulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31