İlya Darçiaşvili və Hakan Fidan arasında telefon danışığı olub
17 İyun 2023 19:27 DünyaGürcüstan xarici işlər naziri İlya Darçiaşvili ilə türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı olub.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan XİN rəhbəri Tvitter hesabında bildirib.
"Biz ölkələrimizi birləşdirən mükəmməl əməkdaşlığı və strateji tərəfdaşlığı vurğuladıq və Gürcüstan ilə Türkiyə arasında əlaqələrin daha da dərinləşdirilməsinə sadiq olduğumuzu bildirdik. Biz həmçinin regionda və onun hüdudlarından kənarda sülhün bərqərar olmasının vacibliyini qeyd etdik", - nazir vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31