Soçiyə uçan təyyarə məcburi ENİŞ ETDİ
16 İyun 2023 22:34 DünyaMoskvadan Soçiyə uçan sərnişin təyyarəsi Saratov hava limanında məcburi eniş edib.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Qaqarin adına Beynəlxalq Hava Limanının mətbuat xidməti məlumat yayıb.
"Bu gün Qaqarin hava limanında saat 19:08-də (Moskva vaxtı ilə saat 18:08-də) S7 Hava Yollarına məxsus Moskva-Soçi marşrutu üzrə uçan "Boinq 737" eniş edib", - deyə bildirilib.
Məcburi enişin səbəbləri barədə məlumat verilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31