Boris Conson mediaya QAYITDI
16 İyun 2023 21:57 DünyaBöyük Britaniyanın keçmiş baş naziri Boris Conson "Deyli Meyl" (Daily Mail) nəşrində işə başlayacaq.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Skay Nyus" məlumat yayıb.
Nəşrin mənbəsi bildirib ki, Conson hər həftə rubrika aparacaq.
"Deyli Meyl" nəşri də ana səhifəsində şənbə günündən etibarən "yeni, kifayət qədər dərin təhlilçi"nin yazılarının dərc ediləcəyini və onun məqalələrinin "Vestminsterdə mütləq oxunacağını" anons edib.
Bildirilib ki, Conson köşə yazıları üçün "altırəqəmli məbləğ" alacaq.
Qeyd edək ki, Conson 2019-cu ildə "Deyli Teleqraf"dan (The Daily Telegraph) ayrılmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31