İrəvanda vəkillər zorakılığa qarşı YÜRÜŞ
16 İyun 2023 19:42 Dünya"Qafqazın demokratiyası" adlandırılan Ermənistanda vəkillərə qarşı tətbiq edilən zorakılıq halları artıb.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, İrəvanda vəkillər zorakılığa qarşı yürüş keçirib.
Məlumata görə, Vəkillər Palatasından AB-nin Ermənistandakı nümayəndəliyinin binasına kimi yürüş edilib.
Aksiya iştirakçıları bildiriblər ki, yürüşün məqsədi avropalı tərəfdaşlara Ermənistanda məhkəmə islahatlarının maliyyələşdirilməsinə ayrılan AB-nin vəsaitlərinin vəkillərə qarşı zorakılığa yönəldilməsi barədə məlumat verməkdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31