Avropaya qeyri-qanuni giriş artmaqdadır- ÖZƏL
16 İyun 2023 16:55 DünyaAİ ölkələrinə qeyri-qanuni girişlər ilin ilk 5 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq 102 minə çatıb. Belə ki, bu ilin ilk 5 ayında girişlər üçün ən çox istifadə edilən marşrut Mərkəzi Aralıq dənizi olub. Bu marşrutdan 50 min 318 nəfər Aİ ölkələrinə daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 158 faiz artım olaraq qeydə alınıb. Mərkəzi Aralıq dənizi marşrutundan ən çox qeyri-qanuni keçənlər Kot-dchr("39")İvuar, Qvineya və Misir vətəndaşları olub.
İkinci marşrut olan Qərbi Balkanlardan daxil olanların sayı isə 25 faiz azalaraq 30 min 717-yə düşüb. Bu marşrutdan daha çox suriyalılar və əfqanlar istifadə edirdilər. Üçüncü sırada olan Şərqi Aralıq dənizindən gələnlərin sayı isə 35 faiz azalaraq 10 min 285 olub. Şərqi Aralıq dənizi marşrutundan ən çox istifadə edənlər suriyalılar, fələstinlilər və əfqanlar olub.