Yunanıstanda miqrant fəlakəti ilə bağlı dəhşətli iddia- ÖZƏL

Olaylar.az xəbər verir ki, Yunanıstan Sahil Mühafizəsi qruplarının bu günə qədər 78 nəfərin ölümünə səbəb olan balıqçı gəmisini Peloponnes yarımadası açıqlarında İtaliya ərazi sularına itələməyə çalışdığı iddia edilib. Yunanıstan Radikal Sol Alyansının  lideri Aleksis Tsipras hadisə ilə bağlı məlumat almaq üçün dünən xilas edilən miqrantların aparıldığı Kalamata limanını ziyarət edib. Səfərdən sonra jurnalistlərə açıqlama verən Çipras hadisədən sağ çıxan mühacirlərin bu iddiaları ona çatdırdıqlarını bildirib. Bu iddiaları yoxlamaq üçün səlahiyyətli şəxs olmadığını bildirən Çipras, "Verdiyim suallar  əhəmiyyət kəsb edir. Siyasi baxımdan bu, bizim dəyərlərimizə, Frontex və Aİ-nin siyasətinə, eləcə də ölkəmizin son dörd ildə izlədiyi siyasətə aiddir" deyib. 

Çipras, səlahiyyətlilərin "700-dən çox adamın batmağa hazır bir qayıqda olduqlarını gördükdə onları xilas etməyə çalışmaq əvəzinə yollarına davam etmələrinə icazə verən polislər hansılardır?" sualına cavab verməli olduqlarını bildirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31