3 milyon uşağın “bandotdel” zorakılığı səbəbindən yardıma ehtiyacı var- ÖZƏL

Olaylar.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu ,şəbəkələrin bir-biri ilə və polislə toqquşması nəticəsində ölkədə artan qida çatışmazlığı səbəbiylə Haitidə təxminən 3 milyon uşağın humanitar yardıma ehtiyacı olduğunu açıqlayıb. UNİCEF-dən verilən açıqlamada, paytaxt Port-au-Prins və ətrafında yayılan "qrup zorakılığı"nda uşaqların birbaşa hədəfə alındığı bildirilib. Açıqlamada uşaqların məktəbə gedərkən öldürüldüyü və ya yaralandığı, qadın və qızların da cinsi zorakılığa məruz qaldığı qeyd edilib. Fidyə qarşılığında adam oğurluğu və aralarında tələbələr, müəllimlər və səhiyyə işçiləri də daxil olmaqla məktəblərə hücumların artdığı vurğulanan açıqlamada on minlərlə insanın "qrup zorakılığı" səbəbiylə evlərindən didərgin düşdüyü paylaşılıb. 

Port-au-Prinsin mərkəzində bir çox uşaq və gənc müdafiə üçün və ya ailələrini gəlirlə təmin etmək üçün silahlı qruplaşmalara qoşulmağa məcbur olduqlarını deyirlər UNICEF-in Haitidəki nümayəndəsi Bruno Maes  "Bu gün Haitidə uşaq olmaq həmişəkindən daha ciddi və təhlükəlidir. Uşaqların üzləşdiyi təhdidlər və çətinliklər ağlasığmazdır. Uşaqların təcili olaraq müdafiə və dəstəyə ehtiyacı var" deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31