Rusiya idmançıların qaçqın kimi Olimpiadada iştirakına razı ola bilməz - ÖZƏL

"Rusiya idmançıları 2024-cü il Paris Olimpiya Oyunlarında qaçqınlar qrupuna bərabər tutulan komanda kimi iştirak etməyəcəklər".

Olaylar.az xəbər verir ki, bunu  idman naziri Oleq Matytsin bildirib.

"İlk növbədə, bu təşəbbüslər Olimpiya Xartiyasına və insan hüquqlarına nə dərəcədə uyğun olması baxımından hüquqi qiymət tələb edir. Təbii ki, söhbət sizin danışdığınız konsepsiyadan gedirsə, bu o demək olardı ki, beynəlxalq birlik beynəlxalq ictimaiyyətin bu təşəbbüsü həyata keçirməyə çalışır. Siyasət milli idman sistemimizi məhv etməyə yönəlib və bu bizim razılaşa bilməyəcəyimiz bir şeydir", - Matytsin qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31