150 uşaq Rusiyaya qanunsuz deportasiya edilib
16 İyun 2023 13:33 DünyaUkrayna rəsmiləri 150 uşağın işğal altındakı Luqansk vilayətindən qanunsuz şəkildə Rusiyaya aparıldığını bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna Milli Müqavimət Mərkəzi ukraynalı uşaqların iyunun 8-də Luqanskın Starobilsk rayonundan Rusiyanın Qaraçay-Çərkəz respublikasının Prikuban rayonundakı iki mərkəzə aparıldığını bildirib. Ukrayna prezidenti Vlodimir Zelenskinin verdiyi məlumatlara əsasən, ötən ay Ukraynanın işğal olunmuş ərazilərindən indiyədək 19393 uşaq qanunsuz olaraq Rusiyaya köçürülüb.
Beynəlxalq Cinayət Məhkəməsi isə mart ayında ukraynalı uşaqların oğurlanmasına görə Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib.
Milli Müqavimət Mərkəzi bildirib ki, Luqanskdan 750 uşağın bu ay Qaraçay-Çərkəzdəki iki mərkəzə gətiriləcəyi gözlənilir. Mərkəz, həmçinin, Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində uşaqların qondarma tibbi müayinələrinin aparıldığını qeyd edib.