Torpaq davası qətliamla bitdi - 9 ölü
16 İyun 2023 12:01 DünyaTürkiyənin Diyarbəkir şəhərində iki ailə arasında ərazi üstündə başlayan mübahisə böyük faciə ilə nəticələnib.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, münaqişə zamanı silahlar işə düşüb. Nəticədə doqquz nəfər həlak olub, iki nəfər yaralanıb.
Bildirilir ki, dava 200 hektar sahəsi olan torpaq üstündə olub.
Hadisə yerinə polislər və təcili yardım xidməti cəlb ediliblər.
Baş verən faciə ilə əlaqədar istintaq başlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31