100 dollara burger satırdı – Nüsrətin qalmaqallı restoranı BAĞLANDI

ABŞ-də ötən illərin "Nyu Yorkun ən pis restoranı" elan edilən məşhur fenomen Nusret Gökçenin məkanı bağlanıb.

Olaylar.az xəbər verir ki, Nusret Gökçenin Nyu Yorkda açdığı "Salt Bea Burger" burger restoranı artıq fəaliyyət göstərməyəcək.

Restoran 99 dollara qızılı süd kokteylləri və 100 dollara qızıl örtüklü burger satmaqla məşhur idi.

Saltbae (Caddebostan Mah.) | GetirYemek

Ötən illərdə bu restoran həm də seksizm və mobbinq ittihamları ilə də gündəmə gəlib. Menyusunda yalnız qadınlara təklif edilən "çəhrayı çörəkli vegetarian hamburger"in yer aldığı restoran yemək tənqidçiləri tərəfindən tənqid atəşinə tutulmuşdu.

Gökçenin restoranında barmen işləyən Elizabet Kruz da restoran rəhbərlərinin ayrı-seçkilik etdiyini deyib. İlk iş günündə ondan 'dekolte' geyinməsinin istənildiyini bildirən Kruz kişi işçilərin onu sıxışdırdığını bildirib.

Nüsrətə qarşı iddia qaldıran keçmiş işçisi Ancelo Maher də restoranlarda "irqi ayrı-seçkilik" olduğunu bildirib.

Medianews.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31