Zurabişvilinin səlahiyyəti MƏHDUDLAŞDIRILDI
14 İyun 2023 22:22 DünyaGürcüstan parlamenti "Seçki Məcəlləsi"nə və "Milli Bank haqqında" qanuna dəyişikliklərlə bağlı yeni qanun layihələrini qəbul edib.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, müzakirələr zamanı "Milli Bank haqqında" qanun layihəsi ilə bağlı Prezident Salome Zurabişvilinin veto qoyduğu bildirilib. Lakin hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının deputatları bununla razılaşmayıb və qanuna dəyişiklikləri yenidən müzakirəyə çıxarıblar. Hakim partiyanın deputatları tərəfindən hazırlanmış qanun layihəsinə əsasən, Milli Bankın İdarə Heyətinə yeni icraedici vəzifə - birinci vitse-prezident vəzifəsi artırılır. Milli Bankın prezidenti olmadığı təqdirdə, onun səlahiyyətlərini birinci vitse-prezident həyata keçirəcək.
Parlament, həmçinin "Seçki Məcəlləsi" və reqlamentlə bağlı qanunlara təklif olunan dəyişiklikləri dəstəkləyib.
Hər iki qanun layihəsi səsvermə zamanı qəbul olunub.