"Gün ərzində 39 toqquşma baş verib"
14 İyun 2023 20:52 DünyaRus ordusu əsas səylərini dörd istiqamətdə cəmləşdirir, orada gün ərzində onlarla döyüş gedir.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.
"Düşmən əsas qüvvələrini Liman, Baxmut, Avdeyevski və Maryinka istiqamətlərində toplayır, döyüşlər davam edir, gün ərzində 39 toqquşma baş verib", - Baş Qərargah qeyd edib.
Bildirilib ki, Liman istiqamətində gün ərzində düşmən Veseli yaxınlığında faydasız hücum əməliyyatları keçirib. Baxmut istiqamətində də ruslar Yaqodnı və Berxovka ərazilərində irəliləyiblər, lakin uğursuz olublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31