Odessada matəm ELAN EDİLDİ
14 İyun 2023 20:10 DünyaUkraynanın Odessa şəhərində 15 iyun matəm elan olunub.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Odessa meriyasından məlumat verilib.
Bildirilib ki, iyunun 15-də Odessada rusların qanlı raket hücumu nəticəsində həlak olanların xatirəsi yad ediləcək.
Qeyd edək ki, iyunun 14-nə keçən gecə Rusiyanın şəhərə növbəti raket hücumu nəticəsində insanlar həlak olub və yaralanıb, şəhərin mərkəzindəki mülki infrastruktur obyektlərinə xeyli ziyan dəyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31